23 Noyabr 2021 13:29
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların yaddaşına həkk olunan cizgi filmi personajları arasında yer alan Tom və Cerrinin əsl adları üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ComicBook.com-da dərc olunan məqalədə bildirilib.

Düşmən pişik və siçan - Tom və Cerrinin əsl adları Tomas Casper Ket və Cerald Cinks Mausdur.

Tom və Cerrinin tam adları “Warner Bros.” tərəfindən hazırlanmış “MultiVersus” oyun platformasında görünüb. Çox sayda personajın yer alacağı “MultiVersus” 2022-ci ildə çıxacaq.

Tom və Cerri ilk dəfə 1940-cı ildə “Puss Gets The Boot” cizgi filmi ilə ekranlarda görünəndə onların orijinal adları Casper və Cinks olub. Bu adlar daha sonra Tom və Cerriyə dəyişdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu