Türkiyənin Ədirnə şəhərində ilk dəfə Qəhvə və Şokolad Festivalı təşkil olunub.
Teleqraf.com xəbər verir ki, bir nəfər əsl qəhvə dənələri və şokoladdan tikilmiş 5 kiloqramlıq libasla festivalda iştirak edib.
Geyimi Pavli atelyesinin rəhbəri Gülşən Gürsəs hazırlayıb. Modelin üzərində paltarı görənlər maraqlarını gizlədə bilməyib, onunla şəkil çəkdirməyə başlayıblar.
Modelyer bildirib ki, hazırladığı geyimlə festivalın adına uyğun olmaq və iz qoymaq istəyib.
Paltar tamamilə tünd şokolad və qəhvə dənələrindən hazırlanıb.