Alimlər Günəş yaxınlığında 70-170 arası planet aşkar ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidməti “Nature Astronomy” elmi jurnalına istinadən məlumat yayıb.
Ölçüsü və kütləsi baxımından Yupiterlə müqayisə edilə bilən yalançı planetlər istənilən ulduz sistemindən uzaqda yerləşən göy cisimləridir.
Son illərdə ulduzlararası mühitin Yerə ən yaxın bölgələrində astronomlar dəqiq mənşəyi və təbiəti hələ aydın olmayan bir neçə həddindən artıq tutqun və soyuq göy cismi müəyyən ediblər. Bəzi astronomlar onları bir sıra mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində öz ulduz sistemlərindən atılan böyük planetlər hesab edir.