28 Dekabr 2021 23:56
2 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar dünyadan yoxa çıxsa, dünyanın necə olacağı çox maraqlıdır. Elm adamları yer üzündə insandan sonrakı həyat üçün də araşdırmalar aparırlar. Adətən meymunların insan sonrakı dünyaya hakim olacağını təxmin edən elm adamları mövzuya ilk dəfə aydınlıq gətiriblər.

Teleqraf.com xəbər verir ki, “LiveScience”ə danışan mütəxəssislər insanların yox olmasından sonra onlar kimi ağıllı canlıların ortaya çıxıb-çıxmayacağı ilə bağlı sualları cavablandırıblar.

Geoloq Duqal Dikson deyib: “Bu nöqtədə konvergensiya anlayışı çox vacib olacaq".

“İnsandan sonra: Gələcəyin zoologiyası” kitabının müəllifi Dikson qohum olmayan növlər və nəsillər arasında müşahidə olunan oxşar bioloji xüsusiyyətlərin formalaşması üçün “konvergent təkamül” anlayışını gündəmə gətirib. Bu prosesə ən yaxın nümunə meymunlardır.

Delfinlər də konvergensiyanın ən məşhur nümunələrindən biridir. Çünki delfinlər məməli olmalarına və tamamilə fərqli inkişaf prosesi keçmələrinə baxmayaraq, balıqlara bənzər xüsusiyyətlərə malikdirlər. Bu yolla dənizlərə asanlıqla uyğunlaşa bilirlər. Bundan əlavə, insanları “gəzən ölülər” adlandıran Dikson dünyanın sonu ilə bağlı ciddi narahatlığını ifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər