16 Fevral 2022 14:42
2 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçılar 2018-ci ildə vəfat edən ingilis fizik, kosmoloq və astrofizik Stiven Hokinqin ofisindəki lövhəni araşdırmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, müəmmalı qeydlərin yer aldığı yazı lövhəsi xüsusi maraq doğurub.

Bu, üzərində qeydlər olan xüsusi lövhədir - 1980-ci ildə Kembricdə keçirilən elmi konfransı zamanı Hokinq ona çoxsaylı rəsmlər çəkib, işarələr qoyub.

Lövhə sənət əsəri hesab olunurdu, amma indi mütəxəssislər onun üzərində elmi məna daşıya biləcək deşifrə edilməmiş qeydlərin olduğunu irəli sürürlər. Tədqiqatçılara görə, lövhədə bəşəriyyətin hələ də açmadığı “Hokinq şifrəsi” var.

Elm adamları “Hokinq şifrəsi”nin açılmasında kömək üçün elm adamlarına müraciət ediblər.

Stiven Hokinqin ofisinin kuratoru Xuan-Andres Leonun sözlərinə görə, 1980-ci ildə keçirilmiş elmi konfransın hələ sağ olan iştirakçıları “şifrə”ni açmağa kömək edə bilərlər. O da mümkündür ki, Hokinqin lövhəsindəki qəribə qeydlərdə heç bir elmi sirr yoxdur, bunlar sadəcə cızma-qara da ola bilər. Buna baxmayaraq, qeydlər araşdırılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər