8 Mart 2022 19:22
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada təsirini göstərən və bir çox insanın həyatı bahasına başa gələn COVID-19-un insan sağlamlığına vurduğu zərərlərdən biri də saç tökülməsidir.

Teleqraf.com xəbər verir ki, dermotoloqlar koronavirusa yoluxan insanların əksəriyyətinin saç tökülməsi problemi ilə qarşılaşdığını deyir.

Pandemiyada yaşanan həddindən artıq stresslə yanaşı, COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə sitokin ifrazı, dərman istifadəsi, yüksək hərarət, öskürək və aşağı saturasiya (qanın oksigenlə doyması) kimi faktorlar saç tökülməsini sürətləndirib. Araşdırmalara görə, COVID-19-a yoluxan hər dörd xəstədən birində saç tökülməsi problemi var.

Sağlam saç dərisində orta hesabla 100 min tük var, daranma və ya yuyulmaya bağlı olaraq gündə 100-150 saç tökülməsinin normal hesab edilir. Ancaq gündə 300-500 saç tökülürsə və bu vəziyyət xroniki hal alarsa, faktorlar araşdırılmalı və müalicə edilməlidir. Sürətli arıqlamadan qalxanabənzər vəz xəstəliklərinə, hormonal dəyişikliklərdən doğuşa, balanssız qidalanmadan qızdırmalı infeksiyaya qədər bir çox faktor saç tökülməsinə səbəb olur.

İnfeksiya nə qədər şiddətli olarsa, saç tökülməsi də bir o qədər sürətlənir.

Günümüzdə dərman müalicələri saç tökülmələrində kifayət qədər effekt verə bilməsə də, saç əkimi prosedurları da çətinləşir və mövcud saçların sayını artırmır. Son illərdə tez-tez tətbiq olunan PRP və lazer üsulları isə xroniki və ciddi saç tökülməsinə qalıcı həllər təklif edə bilir. Bu üsullar dəri altında qan dövranını artırır və keçəl nahiyələrdə tüklərin uzanmasını dəstəkləyir və mövcud saçları gücləndirir.

Mütəxəsisslər hesab edir ki, PRP və lazer üsulları yenidən gur, sağlam və həcmli saçlara sahib olmaq imkanı verir.

PRP/Trombositlə zəngin plazma

Kişi tipi saç tökülməsində (androgenetik alopesiya) perspektivli nəticələr verən PRP üsulu sikatrisial alopesiyada (saç follikullarının davamlı məhvi ilə baş verən və qalıcı saç tökülməsinə səbəb olan xəstəliklər) və xroniki saçqıran problemində də təsirli ola bilər.

PRP saça vurulduqda trombositlərdən bir çox böyümə faktoru ayrılır. Bu amillər baş dərisinə qan tədarükünü və yeni kollagen sintezini artırır, iltihabı azaldır. Bu metod saçın sıxlığını, qalınlığını, müqavimətini və keyfiyyətini artıraraq qənaətbəxş nəticələr verir.

Prosedurdan sonra yarana biləcək baş ağrısı, qanama, göyərmə, qızartı, qaşınma, kəpək və ödem kimi yan təsirlər qısa müddətdə yox olur.

Prosedur ayda bir dəfə 3 seans tətbiq olunur. 3-6 aylıq fasilədən sonra 3 seans və ya ildə 3 seans davam etdirmək məsləhətdir.

Lazer və işıq üsulları

İşıq və lazer üsulları xüsusilə androgenetik alopesiya (kişi tipi saçların seyrəlməsi) və alopesiya areata (saçqıran), kimyaterapiya nəticəsində yaranan saç tökülmələri və sikatrisial alopesiyada (saç follikullarının daimi məhvi ilə nəticələnən və daimi saç tökülməsinə səbəb olan bir qrup xəstəliklər) faydalıdır.

“Aşağı səviyyəli lazer”

Xalq arasında “soyuq və ya yumşaq lazer” olaraq bilinən “aşağı səviyyəli lazer terapiyası” saç tökülməsində təsirli bir işıq üsuludur, saç dərisinə nüfuz edən və infraqırmızı şüalar yayan cihazlarla həyata keçirilir. Aparılan araşdırmalarda “aşağı səviyyəli lazer” metodunun xüsusilə kişi tipində incəlmə problemi olan kişilərdə və qadınlarda tüklərin sayını, sıxlığını, qalınlığını və müqavimətini artırdığı görülür.

“Aşağı səviyyəli lazer” üsulu 650-900 nm dalğa uzunluğunda işıq saçan cihazlarla tətbiq edilir.

Saç tökülməsi və baş dərisində qaşınma kimi yan təsirlər də qısa müddətdə yox olur. Bu metodu adətən həftədə 2-3 dəfə 15-20 dəqiqə (24 həftə-24 ay) müddətində tətbiq olunur.

Fraksiya lazer

Fraksiyalı lazerlər təkbaşına və ya digər tibbi/cərrahi üsullarla birlikdə kişi tipli saçların seyrəlməsi və saçqıran problemində təsirli olur. Saç köklərindəki iltihabı azaldır, dəridə qan axını artırır, xaricdən tətbiq olunan dərmanların udulmasını artıraraq saçın böyümə mərhələsində təsirli olur. Ağrı, müvəqqəti qızartı, ödem və qaşınmadan başqa heç bir yan təsir yoxdur.

Tətbiqdən əvvəl anesteziya tələb olunmur və seanslar 10-15 dəqiqə ərzində tamamlana bilər.

Həftədə bir dəfə olmaqla cəmi 10 seansda nəticə əldə etmək olar.

Excimer lazer

Eksimer lazer və ya eksimer işığı saçqıran problemində 60-77 faiz effektiv olan bir üsuldur. Dəridə iltihabı azaldır və immuniteti gücləndirir.

Adətən həftədə iki dəfə 24 seansa qədər tətbiq olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər