10 Mart 2022 18:25
3 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə bildirib ki, soyuq dünya soyuq müharibədən yaxşıdır.

Teleqraf.com xəbər verir ki, S.Lavrov danışıqların əvvəlində Türkiyədə havanın sərin olduğuna diqqət çəkib.

“Burada çox da isti deyil”, - nazir bildirib.

Çavuşoğlu cavab olaraq havanın Antalya üçün qeyri-adi dərəcədə soyuq olduğunu, “soyuq, çox soyuq” olduğunu, keçən həftə isə havanın temperaturunun müsbət 18-19 dərəcə olduğunu deyib.

“Soyuq dünya soyuq müharibədən yaxşıdır”, - Lavrov vurğulayıb.

Lavrov və Çavuşoğlu arasında danışıqlar Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutub.

Daha sonra Lavrov Çavuşoğlunun iştirakı ilə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb. Görüş 1,5 saatdan davam edib. Görüşdən sonra rusiyalı və ukraynalı nazir ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər