22 Mart 2022 00:54
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə böyük kütlə tərəfindən izlənilən paranormal hadisələr tez-tez gündəm mövzusuna çevrilir. 1980-ci ildə Ken və Debbi cütlüyünün başına gələnlər haqda yenidən danışılmağa başlanıb.

Teleqraf.com xəbər verir ki, cütlük 1980-ci ildə taxtadan tikilmiş evə köçdükdən sonra özləri ilə bura kompüter də gətirib.

Kompüteri quraşdırdıqdan sonra qəribəlik hiss edən cütlük gördükləri mesajdan şoka düşüb.

“Ölülər aləmi”ndən yazdığını iddia edən Tomas adlı şəxs onlara deyib: “Mənim evimdə yaşayaraq cinayət törədirsiniz. Torpağımdan zorla çıxarıldıqdan sonra məndən bir daha xəbər alınmadı, amma mən buradayam, evimdən çıxmağınızı istəyirəm”.

Bunun həm də bəşəriyyətə bir xəbərdarlıq olduğunu bildirən Tomas qeyd edib: “Başqalarının adından da yazıram. Bütün insanlar eyni Tanrının parçalarıdır. Hər kəs bunu bilərək yaşamalıdır”.

Tomas 2109-cu ildə yaşayan bir dostu ilə əlaqə saxladığını da iddia edib: “Bu mesajı alan sizlərin çox önəmli bir vəzifəsi də var. Siz dünyanı dəyişə bilərsiniz, amma heç kimin fikirlərinizə təsir etməsinə icazə verməyin”.

Bir il ərzində tez-tez belə mesajlar aldıqdan sonra böyük qorxu yaşayan cütlük paranormal tədqiqatçıları evlərinə çağırsa da, uzun müddətli araşdırmalar nəticəsində Tomas adlı bir şəxsin izinə rast gəlinməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər