18 Aprel 2022 16:30
3 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan sənət kolleksiyaçısı və gəmi sahibi Nikolas Zoullas iki uşağını mirasdan məhrum edib və bütün əmlakını ikinci həyat yoldaşına verib.

Teleqraf.com xəbər verir ki, ABŞ və İsveçrədə yaşayan 84 yaşlı Nikolas Zoullas 2021-ci ilin dekabrında vəfat edib. Yunan gəmi sahibi iki dəfə evlənib və 5 övladı olub.

Norland Shipping & Trading Corporationı idarə edən Nikolas Zoullas məzun olduğu Harvard Universitetində və Metropolitan İncəsənət Muzeyində müxtəlif komitə və şuralarda çalışıb.

Nikolas Zoullas 2018-ci il vəsiyyətində birinci həyat yoldaşı Marianna Zuladan olan övladları Aleksis Zoullas və Sophocles Zulasa heç nə qoymamaq qərarına gəlib. Bütün əmanətlərini ikinci həyat yoldaşı Susan Batesə verən Nikolas Zoullas, bu şəxsdən olan üç uşağının yaxşı yaşamasını istəyib.

Sərvətində daşınmaz əmlak, sənət əsərləri, şirkətlər və qiymətli kağızlar olan Nikolas Zoullasın iki oğlu ilə münasibətləri təhlil olunub.

800 milyon dollarlıq Eagle Bulg Shipping adlı şirkətin sahibi olan iki qardaşın ataları ilə təlatümlü münasibətlərinin olduğu görülüb.

2017-ci ildə Sofokl Zoullasın atasına qarşı açdığı iddiada Aleksis Zoullas demişdi: “Nikolas Sofokl gedəndə qəzəbləndi. Çünki Sofokl Zoullas 2000-ci illərin əvvəllərində Norlandı tərk edərək öz şirkətini qurub".

Xəbərdə iki qardaşın 2007-ci ildə Aleksis Zoullasın toyunda İsveçrədəki ailə anbarındakı sənət əsərləri ilə bağlı narahatlıqlarını ataları ilə paylaşdıqları yazılıb.

Nikolas Zoullasın “Biz bir ailə olduğumuz üçün heç bir tədbir görməyə ehtiyac duymadım”, - deyərək əsərlərlə bağlı heç bir qarşıdurma olmayacağına zəmanət verdiyi iddia edilib.

Lakin sahibinin fransız rəssam Klod Monenin hazırda ABŞ-da Milli İncəsənət Qalereyasında olan “Sainte-Adresse” tablosunu 900 min dollara Naxos Art adlı şirkətə satdığı iddia edilir. Tezliklə o, Naxosda Christie's hərrac evi vasitəsilə rəsmlə 3,9 milyon dollar əldə etdi. Sofokeles Zoullas isə tablonu 1995-ci ildə babası Sofokles N. Zoullasın ona hədiyyə etdiyini iddia edib.


Müəllif: Nemət