21 Aprel 2022 20:42
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmosla bağlı araşdırmalar hər gün bəşəriyyəti daha çox təəccübləndirir. Planetlərdən peyklərə, qalaktikalardan meteoritlərə qədər saysız-hesabsız göy cisminin yerləşdiyi nəhəng kosmos qəribə hadisələri ilə də insanları valeh edir. Ulduz partlayışları bu qəribə hadisələrin ən gözəl nümunələrindəndir.

Teleqraf.com xəbər verir ki, astronomlar bu qeyri-adi hadisələri izləyərkən imza atdıqları kəşflərə yenisini əlavə ediblər.

“Supernova” adlanan ulduz partlayışları enerjisi tükənən böyük ulduzların şiddətli partlaması kimi təyin olunub. Bəzi partlayışların Günəşin parlaqlığının 100 milyon qatına çata biləcəyi məlum olsa da, astronomlar yeni partlayış növü kəşf ediblər: Mikronova.

Ulduzun yalnız kiçik bir hissəsində əmələ gələn, saatlarla davam edən və olduqca təsirli olan mikronova partlayışı, “ağ cırtdan” adlandırılan bir növ “zombi ulduz”unda baş verib. Əslində ölü ulduzların nüvəsi olan bu cisimlər Yer qədər kiçik olsalar da, Günəş qədər ağır ola bilirlər.

Kosmosda qəribə davranışlar nümayiş etdirən bu kosmik nüvələrin “mikronova” adlı partlayışla məhv olduğu aşkar edilib.

Partlayış o zaman baş verir ki, “ağ cırtdan”lardan biri böyük cazibə qüvvəsi isə yaxınlıqdakı ulduzdan hidrogeni udmağa başlayır. “Ağ cırtdan”ın bütün səthi hidrogenlə örtüldükdən sonra burada təzyiq yüksəlir və termonüvə partlayışına səbəb olur. Partlayış nəticəsində cırtdanı bağlayan hidrogen saatlarla yanmağa qadirdir.

Ancaq bu, yeni aşkar edilmiş hal deyil. Astronomların yeni kəşf etdiyi şey “ağ cırtdan”ın ağ cırtdan sistemlərini seyr edərkən təxminən 10 saat parıldaması və sönməsidir. Ara-sıra artan parlaqlıq əvvəllər müşahidə edilməyib. Çünki bu kiçik planetlərdə saatlıq dəyişiklikləri müşahidə etmək üçün bunları uzun müddət müşahidə etmək və izləmək lazımdır.

Elm adamları bu gəlişmələri anlamağa çalışarkən, ulduzların partlaması ehtimalını belə nəzərə almayıblar. Çünki partlayışlar çox qısa və vaxtaşırı parlaq, zaman-zaman isə sönük olur. Ancaq bir müddət sonra eyni hal müxtəlif “ağ cırtdan”larda aşkar edilib. Nəhayət, elm adamları bu partlayışların ulduzların qısamüddətli partlaması olduğunu anlayıblar. Hələ bir çox təfərrüatları məlum olmayan bu partlayışlara “mikronovalar” deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu