12 İyun 2022 21:39
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uqandanın Kyoqa gölündə baş verən hadisə eşidənləri dəhşətə gətirib.

Teleqraf.com xəbər verir ki, Demeteriya Nabire adlı qadın paltaryuyan zaman nəhəng timsah onu udub.

Əri və yaxınları Nabireni uzun müddət axtarıblar, sonda onun timsah tərəfindən udulduğu qənaətinə gəliblər.

Aylar sonra həmin timsahı tapan Nabirenin əri kənd sakinləri ilə birgə nizə ilə hücum edərək timsahı öldürüblər. Və həyat yoldaşının qısasını alıblar.

Ən dəhşətlisi isə qadının ölməzdən öncə hamilə olması olub.


Müəllif: Teleqraf.com