14 İyun 2022 18:00
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

Elm dünyasının diqqətlə araşdırdığı Marsdan yeni xəbərlər gəlməyə davam edir. Marsda kəşf edilən nəhəng krater maraq doğurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Kosmos Agentliyi məlumat yayıb.

Məlumata görə, nəhəng kraterin eni 30 kilometrdir. Krater haqqında məlumat çox məhduddur. Əslində dəliklə bağlı indiyə qədər yeganə şərhi astronavt verib.

Krateri yaxından görən astronavtlardan biri çuxurun dibində böyük bir şəhər olduğuna inandığını deyib.

Astronomlar kraterin mərkəzinə doğru rəngin tündləşməsini maraqlı və müəmmalı hesab edirlər.

Elm adamlarına görə, nəhəng quyu 3.5-4 milyard il əvvəl su ilə dolu ola bilərdi.


Müəllif: Mənsur Rəğbətoğlu