26 İyun 2022 15:21
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “Perseverance” komandası əvvəllər Marsda qeydə alınmış görüntülərdə iki qaya arasında naməlum cismin tapıldığını bildirib.

Teleqraf.com xəbər verir ki, NASA planetdə iki qaya arasında görünən parlaq, gümüşü materialın termal örtüyün bir hissəsi ola biləcəyini açıqlayıb.

Görüntülərin araşdırıldığı və naməlum cismin 2021-ci ildə göndərilən kəşfiyyat vasitəsindən düşmüş termal örtüyün parçası ola biləcəyi deyilib.

Obyektin “Perseverance” aparatının eniş nöqtəsindən 2 kilometr aralıda olduğu bildirilib.

Sözügedən obyekt təmiz planetlərin ekologiyasının çirklənməsi ilə bağlı narahatlıq doğurub.


Müəllif: Mənsur Rəğbətoğlu