10 İyul 2022 15:26
5 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal enerji böhranı və sıfır emissiya narahatlıqları ilə “gələcəyin nefti” adlandırılan hidrogen enerjisinə investisiyalar artır.

Teleqraf.com xəbər verir ki, əsas metal ixracatçısı kimi Afrika uzun müddətdir karbonsuzlaşdırma fəaliyyətlərində qlobal təkanda böyük yer tutur.

Məsələn, litium, kobalt və mis elektrik avtomobillərini hərəkətini təmin edən yüksək performanslı akkumulyatorların fəaliyyətində böyük önəmə malikdir.

Keçən il beynəlxalq investorların yeni dalğası Afrikaya axın edərək, qitənin başqa bir emissiyasız mənbəyi olan yaşıl hidrogen sahələrinə üz tutublar. İnvestisiya yatırımlarının intensivləşməsi ilə Afrika hazırda hidrogen enerjisində qlobal liderə çevrilib.

Osloda fəaliyyət göstərən müstəqil tədqiqat şirkəti “Rystad Energy”nin fikrincə, Afrika hələ başlanğıc mərhələsində olan bu yeni enerji mənbələrinə keçiddə əsas paya sahibdir.

“Rystad Energy”yə görə, Afrika sürətlə yaşıl hidrogen istehsalı üçün qlobal mərkəz kimi ortaya çıxır, bu enerji texnologiyası planetin qalıq yanacaqlardan aşağı karbonlu enerjiyə keçidində əsas rol oynayır.

Dünyanın enerji nəhənglərinin axın etdikləri mühüm ölkələrdən biri də kiçik Afrika ölkəsi Mavritaniyadır. Mavritaniya qoyulan sərmayələrlə "gələcəyin nefti" - hidrogen sahəsində ABŞ-ı geridə qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu