29 İyun 2022 19:34
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan sakini qardaşına 434 metrlik məktub yazıb.

Teleqraf.com "The Indian Express"ə istinadən xəbər verir ki, bacı bayram münasibətilə qardaşını təbrik etməyi unutduğu üçün üzr istəyib.

Məktubun çəkisi 5 kq olub.

Tələbə qardaşını bayram münasibəti ilə təbrik etməyi unutduğunu və bundan çox incidiyini bildirib.

“Onu Qardaşlar Günü münasibətilə təbrik etməyi unutdum. Axşam zənglərimə cavab vermədi, sosial şəbəkələrdə məni blokladı, ona görə də ona məktub yazmaq qərarına gəldim", deyə qız izah edib.

O, adi kağıza yazmağa başlayıb, amma bir vərəq hisslərini ifadə etmək üçün kifayət eləməyib.

Hindistanlı qadın bazara gedərək 14 rulon kağız alıb və yazını davam etdirib.

12 saatdan sonra tələbə son cümləyə nöqtə qoyub.


Müəllif: Teleqraf.com