3 İyul 2022 01:19
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ürgüp mahalının Ortahisar qəsəbəsində "Tərs ev" adlanan maraqlı məkan yerləşir.

Teleqraf.com xəbər verir ki, hər şeyin alt-üst olduğu və ziyarətçilərin başını döndərən bu məkan Kapadokya turizminə də təsir göstərib.

Rusların hazırladığı tərs ev anlayışını Türkiyəyə ilk gətirən Mehmet Emin Görmez Antalyada başladığı layihə işini Kapadokyada davam etdirib. Layihənin tərəfdaşlarından Muhammet Ali Çalıkoğlu bildirib ki, bu, onların Kapadokya bölgəsində tikdiyi onuncu tərs evdir.
Sözügedən evdə görünən hər şey alt-üst quraşdırılıb. Layihə ilk dəfə Antalyada reallaşdırılıb.
Hazırladıqları bu evin xarici görünüşü həm içəridən, həm də çöldən səksəninci illəri xatırladır.


Müəllif: Aysel Azad