7 İyul 2022 15:49
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir cümlə oxuyan kimi beynimizdəki neyronlar tez bir zamanda elektrik siqnallarını işə salır və bir-biri ilə əlaqə qurur. Elm adamları bu əlaqənin necə baş verdiyinə hələ də əmin deyillər. Amma bir araşdırma nəticəsində beynin özü ilə necə əlaqə qurduğu üzə çıxıb. Hətta bu rabitə üsulundan istifadə edilərək yeni müalicə metodunun tapıla biləcəyi iddia olunur.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Stenford və digər universitetlərindən olan biokimya qrupu sinapslardan əmələ gələn kimyəvi maddələr sayəsində neyronlar arasında hansı əlaqənin baş verdiyini üzə çıxarıb.

Tədqiqata Kolorado Universitetinin Biokimya və Molekulyar Biologiya kafedrasının dosenti Soham Çanda rəhbərlik edib. Tədqiqat həm laboratoriya, həm də canlı üzərində sınaqdan keçirilib və neyronlar arasındakı sinapsların şəxsiyyətinin enzimatik vasitələrlə dəyişdirilə biləcəyini ortaya qoyub.

Laboratoriyadakı təcrübələrdə Çanda və həmkarları neyronlardakı sinapslarda bir sıra dəyişiklik edərək, bir neçə genin üzə çıxmasını təmin ediblər. Təkcə fermentlərdən istifadə edərək, xəbərdarlıq və inhibitorlar arasında sinapsda, yəni əlaqədə dəyişiklik olunub. Beynin özü ilə əlaqəsindəki bu dəyişiklik sinaptik məlumatların işlənməsi və mübadiləsində problemlər nəticəsində yaranan beyin xəstəliklərinin müalicəsi üçün mühüm terapevtik vasitə ola bilər.

İnsan beyninin necə işlədiyinə dair çox az şey bildiklərini deyən Çanda bu araşdırmanı neyronların bir-biri ilə necə əlaqə saxladığını anlamaq üçün apardıqlarını açıqlayıb. Onun sözlərinə görə, bu, sinapsın əmələ gəlməsi və əsas fəaliyyətini, eləcə də beyin xəstəliklərini anlamaq üçün də böyük təsir göstərəcək.

Nəticələr göstərir ki, beynin özü ilə əlaqəsini təmin edən hüceyrə yapışma zülallarının əlaqənin baş tutmasına kömək edən yeganə təminatçı deyil. Belə ki, informasiyanın gəldiyi yerdən buraxılan neyrotransmitterlər adlanan kimyəvi maddələr də sinapsın hansı növünün harada və necə əmələ gəlməsinə nəzarət etməkdə mühüm rol oynayır.

Tədqiqatda iştirak edən Kolorado Universitetinin başqa bir komandası müəyyən neyrotransmitterlərin idarəolunan şəkildə sərbəst buraxılması və müəyyən növ sinaptik əlaqələrin yaradılmasında qabiliyyətlərini görmək üçün kök hüceyrədən əldə olunan insan neyronlarından istifadə edib. Buffalo Universitetinin komandası isə canlı siçan beynində oxşar üsulu həyata keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu