25 İyul 2022 08:29
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Van şəhərində Çingiz xanın nəvəsi Hülaku xanın sarayının qalıqları tapılıb.

Teleqraf.com xəbər verir ki, qazıntı işləri Monqolustan və Türkiyədən olan arxeoloqlar tərəfindən aparılıb.

Sarayın Elxanilər dövrünə aid olduğunu ehtimal edilir.

Qazıntı zamanı dam kirəmitləri, kərpic, keramika qabları və çini qalıqları aşkar edilib.

Hülaku Xan 13-cü əsrdə Yaxın Şərqdə monqolların hərbi yürüşlərinə rəhbərlik edib. O, 1258-ci ildə Bağdadın talan edilməsi, Beytül-Hikmət kimi tanınan şəhərdəki böyük kitabxananın dağıdılması və bölgə rəhbəri Xəlifə Müstəsimin edam edilməsi ilə nəticələnən monqol yürüşləri ilə tanınır.


Müəllif: Teleqraf.com