26 İyul 2022 13:08
2 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatında 1989-cu ildə (Central Park Five) “Beş Mərkəzi Park”ında ağdərili qadına təcavüz edib döydüyü üçün həbs edilən 6 yeniyetmədən sonuncusu - Stiv Lopez ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb.

Teleqraf.com-un məlumatına görə, Nyu-York rayon prokuroru Alvin Bragg ədalətin bərqərar olması üçün göstərdikləri səylərə görə Lopezin vəkilinə və məhkəmə heyətinə təşəkkür edib.

“Cənab Lopezin məhkumluğunun ləğv edilməsindən və ona qarşı irəli sürülən ittihamın rədd olunmasından şərəf duyuram. Hakimə və bütün ədliyyə sistemimizə bunun həyata keçirmək üçün göstərdiyi səylərə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu kimi yaxından izlənilən bir məsələ ilə bağlı hakimin bu gün verdiyi qərar sistemimizdə ədalətsizliyi dərk edənləri hərəkətə keçirməyə kömək edəcək”, - deyə prokuror bildirib.

Məhkəmədə olduğu kimi mətbuat mənsubları qarşısında da susqunluğunu saxlayan Lopez 15 yaşında üzərinə atılan böhtandan 48 yaşında xilas olub.

Qeyd edək ki, “Central Park Five” adlandırlan hadisədə qaradərili və latın əsilli 6 gənc 28 yaşlı Trişa Meiliyə təcavüz edərək onu ölümə tərk etmək ittihamı ilə 1989-cu ildə həbs edilib. Əsl şübhəlinin şəxsiyyəti müəyyən edildikdən sonra cinayətlərini etiraf edən gənclərin günahsız olduğu üzə çıxıb.

Hadisədə adları hallanan 5 nəfər 2002-ci ildə azadlığa buraxıldıqdan sonra Nyu-York şəhər hökumətinə qarşı böhtana görə 41 milyon dollarlıq təzminat davası qaldırıblar.

Polisin zorlama cinayətini qəbul etməyə məcbur etdiyi Lopez isə iddiaları qəbul etməsə də, zorlamaya görə mühakimə olunmaqdan qorxduğu üçün hadisə ilə heç bir əlaqəsi olmasa da cinayəti etiraf etməli olub.

Bu səbəbdən digər 5 nəfərdən ayrılan və hekayəsi arxa planda qalan Lopezin eyni davadan bəraət alması dostlarından 20 il sonra reallaşıb.


Müəllif: Yeganə Oqtayqızı