27 İyul 2022 01:13
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə it sörfinqi üzrə çempionat keçirilib.

Teleqraf.com "İndependent"ə istinadən xəbər verir ki, yarışa tamaşa etmək üçün Britaniyanın hər yerindən Dorset şəhərinə gəliblər.

İt sörfinqində insanların özlərinə və itlərinə rəngli geyimlər geyindirir, müxtəlif əyləncə tədbirləri keçirirlər.

Müsabiqənin qaydalarına əsasən, sahibi özünü və itini sörfinqə çıxarmalı və avar çəkərək finiş xəttinə birinci gəlməlidir. Eyni zamanda, heyvanın suya düşmədiyinə əmin olmaq lazımdır - onsuz üzmək qadağandır. Yarış sahilə yaxın keçirildiyindən təşkilatçılar ev heyvanlarının təhlükədə olmadığına əmindirlər.

Yarış dördüncü ildir keçirilir və artıq ənənə halını alıb. Bundan əlavə, bütün iştirakçılar və qonaqlar üçün yemək və canlı musiqi təqdim olunur.


Müəllif: Teleqraf.com