Türkmənistanda "Alabay" cinsli itlərin ölkədən çıxarılmasına məhdudiyyət qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə prezidenti Sərdar Berdiməhəmmədov göstəriş verib.
Bundan sonra itlə ölkədən çıxmaq istəyənlərə səlahiyyətli orqanın orderi lazım olacaq.
Həmçinin, Alabay cinsindən olan bütün küçüklər dövlət damazlıq kitabçasında qeyd olunacaqlar.
Həmçinin "fərqli xüsusiyyətli” itlər arasında it döyüşlərinin keçirilməsi cinayət hesab olunacaq