27 İyul 2022 20:55
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adnan Oktarın televiziya studiyası kimi istifadə etdiyi lüks villası satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, təşkilatın əməliyyatdan əvvəl kirayə götürdüyü əmlak üçün üç milyon dollar istənilir.

Villa İstanbulun Üsküdar rayonunun Çengelköy məhəlləsində yerləşir. Evin bayır qapıları güllə keçirməyən qalın dəmirlə üzlənib. O, şəxsi mühafizə kabinələri və rentgen avadanlığı ilə təchiz edilib.

Təşkilatın silahlı üzvləri tərəfindən 24 saat mühafizə edilən evdən axtarış zamanı minlərlə güllə, tapança, tüfəng, zirehli jilet və radio rabitə vasitələri ələ keçirilib.


Müəllif: Teleqraf.com