12 Avqust 2022 08:29
1 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikanın Çad respublukasının Manqalma prefekturasında qadınların evlilik təklifindən imtina edən kişilər cərimələnəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli İslam Ali Şurası qərar verib.

Yeni qaydaya əsasən, qadın kişidən onunla evlənməyi xahiş edə bilər. Kişi razılaşarsa, 35 min Mərkəzi Afrika frankı (təxminən 93 manat), imtina edərsə 100 000 frank (265 manat) məbləğində rüsum ödəməlidir.

Evlilik təklifindən qadın imtina edərsə, 15 min frank (39 manat) məbləğində cərimə ödəməlidir. Qəsdən imtina edən qadın 25 min frank (66 manat) məbləğində cərimə ödəyəcək.

Yerli hüquq müdafiəçiləri qaydalara qarşı kampaniyaya start veriblər.

Qeyd dək ki, Çadda məcburi nikahlar geniş yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər