20 Avqust 2022 08:18
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın ən yaşlı sakini və dünyanın ikinci ən yaşlı qadını Tekla Yuneviç 116 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, 1906-cı il iyunun 10-da Lvovdan 40 km aralıda yerləşən Krupsko kəndində anadan olub. Qadın İkinci Dünya Müharibəsi bitdikdən sonra Polşanın cənubundakı Sileziyada yaşayıb.

1980-ci ildə Yuneviç dul qalıb. 103 yaşına qədər o, bütün ev işlərinin öhdəsindən təkbaşına gəlib. Sonra nəvələri ona qulluq ediblər.

Yaxınlarının sözlərinə görə, qoca həmişə aktiv, yaxşı əhval-ruhiyyədə olub, zarafat etməyi, oxumağı və kart oynamağı xoşlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər