23 Avqust 2022 14:17
2 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yupiterin “Ceyms Uebb” teleskopunun indiyədək heç vaxt paylaşılmamış iki şəklini yayımlayıb.

Teleqraf.com xəbər verir ki, iyulda NASA-nın teleskopu tərəfindən çəkilmiş fotoşəkillərdə Yupiterin şimal və cənub işıqlarının və fırlanan qütb dumanının görülməmiş mənzərələri yer alıb.

Fotolar iyulun 27-də “Ceyms Uebb” teleskopunun infraqırmızı kamerasından (NIRCam) çəkilib.

Görüntü təxminən 1 milyon 609 km uzaqlıqdakı müşahidə məntəqəsində əldə edilib.

Kaliforniya Universitetinin əməkdaşı İmke de Pater verdiyi açıqlamada deyib:

“Yupiteri heç vaxt belə görməmişdik. Bütün bunlar olduqca inanılmazdır. Düzünü desəm, bu qədər yaxşı olacağını gözləmirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər