11 Sentyabr 2022 15:24
3 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib.

Teleqraf.com xəbər verir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşaya bilən və ömrünü proqnozlaşdırmaq mümkün olmayan meduza növünü tədqiq etməyə başlayıblar.

Elm adamları tədqiqat çərçivəsində meduzadan alacaqları məlumatların insanlara tətbiq edilib-edilə bilməyəcəyini öyrənməyə çalışacaqlar.

Tədqiqatçılar özünü yeniləyən meduzanın genlərindəki sirri açmağa çalışırlar. Bu sirr açılsa, işin ikinci mərhələsinə keçiləcək.

Elm adamları meduzanın DNT-sinin xüsusilə insana bənzəyən hissələri üzərində araşdırma aparırlar. Elm adamları məqsədlərinə çatsalar, bəşəriyyət üçün yeni bir dövr başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər