7 Oktyabr 2022 20:54
2 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin yubileyi günündə MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinə dövlət başçılarının əksəriyyəti “Aurus” icraçı sinfinə aid rus avtomobilləri ilə gəlib.

Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, yalnız Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev “Mercedes”ə üstünlük veriblər.

"Tokayev Strelnadakı Konstantinovski sarayına “Mercedes-Benz” markalı avtomobildə, Əliyev isə “Maybach”da (bu marka həm də “Mercedes-Benz”ə məxsusdur) gəlib. Sankt-Peterburqa gələn digər dövlət rəhbərləri Aurusla səyahət etməyi seçdilər. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan , Türkmənistan və Özbəkistan prezidentləri Serdar Berdiməhəmmədov və Şavkat Mirziyoyev , Tacikistan prezidenti Emoməli Rəhmon və Belarus prezidentləri Aleksandr Lukaşenko da var", deyə məlumatda qeyd olunur .

Aurus-ların qiyməti 33,7 milyon rubldan başlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər