Tanınmış türk aktyor İbrahim Çelikkol həmkarlarından fərqli olaraq balıqçılıq biznesinə başlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 4 balıqçı gəmisi alan məşhur aktyor qayıqlarını Rivada yaşayan balıqçılara əmanət edib.
Çelikkolun Rivada balıq tutmağa başlayan qayıqlardan ciddi gəlir əldə etdiyi öyrənilib.
İyun ayında 5 illik həyat yoldaşı Mihre Mutlu ilə yollarını ayıran İbrahim Çelikkol həm şəxsi, həm də iş həyatında yeni addımlar atıb.
Hazırda cəmiyyət həyatında tanınan Natali Yarcanla sevgili olan aktyor son olaraq Birce Akalayla “Quş uçuş” serialında rol alıb.
Rivadakı evini Mehmet Dinçerler və Hadisəyə kirayə verən Çelikkol bu dəfə özünə klub tipli xüsusi yer tikdirib.