Finlandiyanın Turku Universitetinin bioloqları nəsli kəsilməkdə olan quşları yırtıcılardan qorumaq üçün qeyri-adi kəşf ediblər.
Teleqraf.com xəbər verir ki, bunlardan biri ərazidə süni quş yuvalarının sayını artırmaqdır. Bu üsul müəyyən qədər effekt verib. Tülkü, çaqqal kimi heyvanlar quş iyi verən yuvaları boş görüncə, digərlərinə yaxınlaşmayıblar. Yenotlar isə bütün yuvaları yoxlamaqda davam edib.
İkinci üsul yuvalara pis qoxusu olan yumurtalar qoymaq olub. Həmin yumurtaları yemək istəyən heyvanlar qoxunun təsirindən ərazidən uzaqlaşıblar və digər yumurtalara yaxınlaşmayıblar.