“SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, keçmiş baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal qərargahı tərk ediblər.
Xatırladaq ki, hələ aprel ayında “Twitter” kompaniyasının rəhbərliyi amerikalı biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib.