30 Oktyabr 2022 12:06
2 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış tərəvəzləri arasında yer alan balqabaq çox faydalı tərəvəzlərdəndir.

Teleqraf.com xəbər verir ki, qışda bütöv və ya dilimlənmiş halda marketlərdə satılan balqabaq immunitet sistemini gücləndirir, bağırsaqları sürətləndirir, mədəni tox saxlayır, eyni zamanda dəriyə faydalıdır.

O A, B, E vitaminləri, dəmir, natrium, kalium, kalsium, maqnezium, sink, fosfor və pulpa ilə zəngindir.

Balqabaq allergik reaksiyaların qarşısını almağa kömək edir.

Lif, kalium və C vitamini ilə zəngin olan balqabaq ürək sağlamlığının qorunmasında faydalıdır. Bundan əlavə, balqabaq tumları xolesterolun qarşısının alınmasında da əhəmiyyətlidir.

Antioksidan vitamin və minerallarla zəngin olduğu üçün orqanizmi bakteriya, virus və mikroblardan qoruyur və mövsümi keçidlərdə və dondurucu qış günlərində immunitet sistemini dəstəkləməyə kömək edir.

Balqabaq kaliumla zəngindir. Bu, insult riskini azaldan bir vəziyyətdir.

Tərkibindəki ksantin adlı komponent ultrabənövşəyi işığın göz tərəfindən süzülməsinə kömək edərkən, bu, toxuma zədələnməsinin və katarakta problemlərinin qarşısını alır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər