28 Noyabr 2022 11:24
2 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə əbədi həyatı simvolizə edən qızıl dilli mumiyaların olduğu qədim məzar tapıblar.

Teleqraf.com xəbər verir ki, yüzlərlə fərqli qəbiristanlığın yer aldığı Qevasinada tapılan mumiyaların sayının kifayət qədər çox olduğu bildirilir.

Mütəxəssislərin fikrincə, mumiyalanmış insanların dilləri çıxarılaraq, yerinə qızıl dil taxılıb. Qədim misirlilərin inancına görə, bununla o biri dünyada tanrı Osirislə danışmaq olar.

Misir mifologiyasında Osiris yeraltı dünyanın hökmdarıdır. Qədim Misir mifologiyasının ən nüfuzlu tanrılarından biri olan Osiris ölülərin hakimidir. Qədim inanca görə, Osiris qızıl dilinə görə insanlara mərhəmət göstərir.

Qəbirlərin yanında tarakana və lotus çiçəklərinə bənzəyən qızıl fiqurlar da tapılıb. Qalıqlar arasında mumiyalama üçün istifadə edildiyi düşünülən dəfn ornamenti, heyvan fiqurlu daş və saxsı qablar var.

Bununla belə, arxeoloqlar mumiyaların o qədər də yaxşı qalmamasına görə məyusdurlar. Bəzi dillər tamamilə parçalanmış durumdadır.

Mütəxəssislərin fikrincə, məzarlıqlarda üç müxtəlif səviyyədən olan insanlar var və onlar bu səviyyələrə görə düzülüblər.

Misirli arxeoloqlar bu ilin fevralında 2000 illik Taposiris Maqna qəbiristanlığında qızıl dilli mumiya tapıblar. Eyni zamanda, bu ərazidə Misirin ən məşhur hökmdarlarından biri olan Kleopatranın məzarının olduğu da ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu