1 Dekabr 2022 08:29
3 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya taxt-tacının varisi, kral VI Filippin böyük qızı olan şahzadə Leonor “Barselona”nın yarımmüdafiəçisi Qaviyə aşıq olub.

Teleqraf.com xəbər verir ki, o, məktəbə özü ilə birlikdə oyunçunun şəkillərinin yapışdırıldığı qovluğu aparır.

İspaniya kralı hazırda Dohadadır. O, Kosta-Rika ilə oyundan (7:0) sonra milli komandanın paltardəyişmə otağına girərək futbolçuları təbrik edib.

İddialara görə, 18 yaşlı yarımmüdafiəçi Leonora hədiyyə etmək üçün köynək sifariş verib.

17 yaşlı Leonor Asturiya şahzadəsi, taxt-tac varisi VI Filip və onun həyat yoldaşı Letisiyanın böyük qızıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər