9 Dekabr 2022 18:10
2 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəş sisteminin ətrafında parıltılı “sirli kürə” tapılıb.

Teleqraf.com xəbər verir ki, NASA-nın “Habl” kosmik teleskopu ilə çəkilmiş 200 000 foto arasından tapılan göy cismi elm dünyasını heyrətə gətirib.

Elm dünyası işığın haradan gəldiyinə əmin deyil. Amma bəzi elm adamları Günəş işığını əks etdirən kometalar kimi bunun da hələ kəşf edilməmiş “sirli kürə” ola biləcəyini düşünürlər. Bu iddia təsdiqlənərsə, Günəş sisteminin məlum arxitekturasına yeni töhfə veriləcək və indiyədək bilinənlər unudulacaq.

Əslində, bu nəzəriyyə başqa bir astronom qrupunun 2021-ci ildə səma fonunu ölçmək üçün NASA-nın planetlərarası kosmik zondu “Nyu-Horizon”dan alığı məlumatlara əsaslanır.

ABŞ-ın Arizona universitetinin elm adamı Tim Karleton deyib:

“Əgər təhlilimiz düzgündürsə, “Nyu-Horizon”un ölçdüyü məsafə ilə aramızda başqa bir toz komponenti var. Bu, Günəş sistemindən gələn əlavə bir işıq olduğunu göstərir”.

Karletonun fikrincə, parıltı zəif olduğu üçün Günəş sisteminin daxilində olmalıdır. Amma kəmiyyətcə ölçülmədiyi üçün dəqiq heç nə demək mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu