12 Dekabr 2022 12:47
4 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə dünyada baş verən təbii fəlakətlər, qlobal istiləşmənin artması, ekologiyanın çirklənməsi və ərzaq böhranları elm adamlarını daha çox araşdırma aparmağa vadar edir. Amma bu tədqiqatlardan istənilən nəticənin əldə edilməsi hələlik mümkün görünmür.

Teleqraf.com xəbər verir ki, son araşdırmalar dünyada ehtiyatların sürətlə tükəndiyini və “nüvə qiyaməti” ssenarilərinin sürət qazanmağa davam etdiyini üzə çıxarıb.

Bütün bunlara baxmayaraq, bəşəriyyəti mümkün dağıdıcı fəlakətlərdən salamat çıxarmaq üçün yeni ssenarinin hazırlandığı iddia edilir. Həmin iddiaya görə, mümkün fəlakət zamanı insanlar Saturnun ən böyük təbii peyki Titanda məskunlaşacaqlar.

Titan Günəş sistemindəki ikinci ən böyük peykdir. Birincisi Yupiterin peyki Qanimeddir. Titan da Qanimed kimi Merkuridən bir qədər böyükdür. Əsasən azotdan ibarət olan və Günəş sistemindəki digər peyklər qədər qalın olmayan atmosferinin Yer kürəsinin erkən atmosferinə bənzədiyi düşünülür.

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Dragonfly” missiyası çərçivəsində göndərilməsi planlaşdırılan kosmik gəmi Titanda həyatın ola biləcəyi ehtimalını araşdıracaq.

Digər tərəfdən, Titanın su hövzələrində (maye metandan ibarət okeanlar, göllər və dənizlər) həyatın olması ehtimalı araşdırılır. Əvvəlki araşdırma məlumatlarına görə, Titan okeanlarında bakteriyaların ola biləcəyi bir mühitin olduğu düşünülür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər