1 Yanvar 09:50
4 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə səma mühüm kosmik hadisəyə səhnə olacaq. Yerdən təxminən 100 milyon mil uzaqda olan kometa (“quyruqlu ulduz”) planetimizə yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, Yerə yaxınlaşacaq C/2022 E3 kometini müşahidə etmək mümkün olacaq.

“Həyatda bir dəfə baş verən hadisə” kimi təsvir edilən kosmos olayı adi gözlə görünəcək.

Kometa hazırda Yerdən təxminən 100 milyon mil məsafədədir.

Orbitini 50 min ildə tamamlayan kometanın fevralın əvvəlində Yerə ən yaxın məsafədə olacağı gözlənilir.

Toz və buzdan ibarət olan kometaların Günəş ətrafında fırlandığı məlumdur. Adlarının əksinə olaraq, onlar öz işıqlarını yaratmadıqları üçün əsl ulduz sayılmırlar.


Müəllif: Mənsur Rəğbətoğlu