1 Yanvar 2023 21:28
6 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada “Yaşayan Nostradamus” ləqəbiylə tanınan, pandemiya və Böyük Britaniya Kraliçası II Elizabetin ölümü də daxil olmaq bir çox olayı əvvəlcədən bildiyi iddia edilən ekstrasens Atos Salome bu dəfə Dəccalla bağlı proqnozunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Salome əslində Dəccalın tək bir insan olmadığını və onun dönüşünün Avropadan gəlməyəcəyini iddia edib.

“Yaşayan Nostradamus” sonun başlanğıcını Dəccalın qayıdışı ilə əlaqələndirib.

“Hər kəsin düşündüyünün əksinə olaraq, Dəccal Avropadan gəlmir və Kabbala araşdırmalarına görə, 2023-2026-cı illər arasında özünü tam şəkildə göstərəcək. Müqəddəs kitablar Dəccalı bir varlıq kimi qəbul etsələr də, bu, onun tək bir insan kimi təcəssüm etməsi demək deyil. Əslində, Dəccal artıq hazırdır və fəaliyyətdədir”, - Salome bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu