4 Yanvar 2023 20:49
3 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nelson Mandelanın nəvəsi, yazıçı və fəal Zoleka şahzadə Harri və Meqan Marklı söz oğurluğunda ittiham edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Zoleka həmçinin əlavə edib ki, onlar "milyonlar qazanmaq" üçün Mandelanın adından istifadə edirlər.

“İnsanlar illərdir babamın sitatlarını oğurlayır və onun irsindən istifadə edirlər, çünki onun adının yaxşı satıldığını bilirdilər. Harri və Meqan da onlardan fərqlənmir”, - Zoleka Mandela bildirib.

O, şahzadə Harrinin kral ailəsindən ayrılmaq cəsarətinə heyran olduğunu vurğulayıb. “Ancaq bunun bir bədəli var, bu addımı atırsansa deməli özünü maliyyələşdirməyi bacarmalısan".

O bildirib ki, insanların babasının adından istifadə etməsi ilə barışıb. "Amma hər dəfə belə məqamla qarşılaşanda bu, məni məyus edir.


Müəllif: Pərvin Cəfərova