17 Yanvar 2023 20:57
3 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TV Müsavat”ın qonağı olan siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yoqa ilə məşğul olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, daha sonra o, canlı yayında aparıcı Sevinc Telmanqızının xahişi ilə stulda başıüstə dayanıb.

N. Pənahlı bildirib ki, yarım saat belə dayana bilər: "Yarım saat da, 1 saat da bu cür dayana bilərəm, baxır insanın hazırlıq səviyyəsinə. Hazırda 1 saat dayana bilərəm...”

Təxminən 10 dəqiqədən sonra aparıcı 61 yaşlı siyasətçidən bu hərəkətini dayandırmasını istəyib.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com