22 Yanvar 2023 18:42
3 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Avropanın ən sürətli metro qatarının ilk sərnişinlərindən biri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Teleqraf.com xəbər verir ki, o, Kağıthanedən metro ilə İstanbul Hava Limanına gedib.

Maşinistin kabinəsində əyləşən dövlət başçısını Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər müşayət edib.

Metro xətti Beşiktaş, Şişli, Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarında 8 stansiyadan keçəcək və gündəlik 800 min sərnişinə xidmət göstərəcək.

İstanbul Hava Limanına Kağıthanedən 24 dəqiqə çatmaq mümkün olacaq.


Müəllif: Teleqraf.com