24 Yanvar 18:08
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək.

BU barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq "2023 BU" adı verilib.

2023 BU asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq. Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə biləcəklər.

Qeyd edək ki, bu asteroid Yer üçün təhlükəli deyil, çünki o, planetdən bir neçə min kilometr uzaqlıqdan keçəcək. Daha dəqiq desək, Yerin mərkəzindən 6,200 mildən (10,000 km) az məsafədən keçəcək və Yerin orbitində fırlanan geostasionar peyklərin təxminən dörddə biri məsafəsində olacaq. Bu da onu deməyə əsas verir ki, 2023 BU asteroidi Yerlə son dərəcə yaxın, amma təhlükəsiz şəkildə keçəcəkdir. Ümumilikdə isə, əsasən diametri 150 metrdən böyük olan göy cisimləri planetimiz üçün təhlükəli hesab edilir.

Asteroidin hərəkətini izləmək üçün Virtual Teleskop keçidindən istifadə edə bilərsiniz. Keçid üzərindən canlı yayım 26 yanvar saat 23:15-də başlayacaqdır.


Müəllif: Teleqraf.com