5 Aprel 2023 14:23
3 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları kosmosda vaxtaşırı təkrarlanan qəribə radiosiqnal qeydə alıblar.

Teleqraf.com xəbər verir ki, tədqiqatçılar səsin izinə düşərək mənbəyini müəyyənləşdirə biliblər.

Məlumata görə, təkrarlanan siqnal dünyanı yaşayış üçün əlverişli edən mühüm amillərdən birinə çevirən maqnit sahəsinə malik torpaqlı, Yer ölçülü ekzoplanetdən gəlir.

Planet “YZ Ceti b” adlanır və Yerdən təxminən 12 işıq ili uzaqda yerləşən kiçik “qırmızı cırtdan”ın ətrafında fırlanır.

“YZ Ceti b” maqnit sahəsinə malik olsa belə, orada həyatın mümkün olmadığı iddia olunur. Ekzoplanet “qırmızı cırtdan”a o qədər yaxındır ki, orbitini cəmi iki günə başa vurur.

Mövcud fərziyyə ondan ibarətdir ki, kosmosa yayılan qəribə səs güclü radiodalğaları planetin maqnit sahəsi onun ulduzundan atılan plazmaya nüfuz etdikdə yaranır.

Radiodalğaların gücünə əsaslanan tədqiqatçılar deyirlər ki, bunu planetin maqnit sahəsinin olması ilə izah etmək olar. Təsdiq edilsə, bu, maqnit sahəsinə malik ilk torpaqlı Yer ölçüsündə ekzoplanet olacaq.

Astronomlar əvvəllər kosmosda daim təkrarlanan 25 siqnal qeydə alıblar. Elm adamları bu məsələnin təbiəti ilə bağlı fikir ayrılığına malikdirlər. Bu günə qədər təklif edilən nəzəriyyələrin heç biri radiosiqnalların və ya onların mənbələrinin bütün xüsusiyyətlərini tam şəkildə izah edə bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər