20 İyun 2023 20:12
4 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı astronom Nama Hallakunun başçılıq etdiyi kosmos tədqiqat qrupu Yerdən 1400 işıq ili uzaqlıqda yerləşən yeni göy cismi kəşf edib.

Teleqraf.com xəbər verir ki, sözügedən göy cisminin Günəşdən də isti olduğu bildirilir.

Səma cismi “qəhvəyi cırtdan kateqoriyası”na düşüb. Bunun səbəbi obyektin planet və ya ulduz olmamasıdır. Elm adamları qəhvəyi cırtdanı WD0032-317B adlandırıblar.

Qəhvəyi cırtdanlar “naməlum” kimi təsnif edilsə də, yeni tapılan WD0032-317B məsələnin sirrini daha da artırıb. Komandanın açıqlamasına görə, heç bir qəhvəyi cırtdan indiyə qədər heç bir ulduzdan daha isti olmayıb.

WD0032-317B-nin Günəşdən daha isti olması təbii olaraq bu göy cisimləri haqqında bilinən hər şeyin yenidən yazılacağı deməkdir.

Günəşin səthinin temperaturu təxminən 5505 dərəcə selsidir. WD0032-317B temperaturu 7 727 olaraq ölçülüb. Buna görə də WD0032-317B elmi ictimaiyyətə görə öz növünün yeganə nümunəsidir.

Eyni zamanda, mütəxəssislərin fikrincə, bu kəşf yeni kəşflərə yol aça bilər. WD0032-317B-nin öz ulduzuna çox yaxın orbitdə olduğunu deyən komanda bu yolla yeni ekzoplanetlər tapa biləcəklərinə ümid edir.

Qəhvəyi cırtdanlar ilk dəfə 1995-ci ildə kəşf edilmiş nə ulduz, nə də planet olmayan göy cisimləridir.

Qəhvəyi cırtdanlar ulduzlararası qaz buludlarının dağılması nəticəsində əmələ gəlir.

Kəşf edilən ilk qəhvəyi cırtdanlar Gliese 229 A və Gliese 229 B-dir. Gliese B digərindən daha solğundur. Bu iki sönmüş ulduzun yaşının təxminən 10 milyon il olduğu təxmin edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər