Türkiyənin TOGG elektromobili Türkmənistan liderinə təqdim olunub.
Teleqraf.com xəbər verir ki, təqdimat Türmənistanda ilk ağıllı şəhər olan Arxadağ şəhərinin açılış mərasimində baş tutub.
Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır iki ağ rəngli elektromobili Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova təhvil verib.
Dövlər başçısı nəqliyyat vasitələrini yüksək qiymətləndirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Elektromobillər türkmənistanlıların böyük marağına səbəb olub. Yerli adət-ənənələrə uyğun olaraq, milli geyimli qadınlar TOGG-larıı pis gözdən qorumaq üçün avtomobillərin ətrafında üzərlik yandırıb, onların sükanına gözmuncuğu vurublar.