Ötən il orbitə çıxarılan nəhəng “James Webb” rəsədxanasının ilk görüntüləri paylaşılmışdı.
Teleqraf.com xəbər verir ki, bu hadisənin ildönümündə ABŞ-ın Kosmik Agentliyi (NASA) göy üzünün ən maraqlı yerlərindən birinin görüntüsünü yayımlayıb.
Söhbət Yerdən 400 işıq ili uzaqlıqda olan “Rho Ophiuchi” adlı bulud topasından gedir.
Belə ki, həvəskar, həm də peşəkar astronomlar “Südyolu” qalaktikasının yanında işıldayan “Rho Ophiuchi”ni izləyə bilər.