Qara dəliklər kainatın ən sirli obyektləridir. Bu günə qədər aparılan heç bir elmi tədqiqat bu qeyri-adi səma cisimlərinin xüsusiyyətini tam olaraq aça bilməyib.
Teleqraf.com “ScienceDaily” saytına istinadən xəbər verir ki, Nevada Universitetindən bir qrup tədqiqatçı qara dəliklər üzərində müşahidə aparan zaman bu cisimlərin tez-tez ətraf ulduzları udduqları və bununla öz varlıqlarını davam etdirdiklərini müşahidə ediblər. Məlum olub ki, bəzən superkütləli qara dəliklər qalaktikaların mərkəzində toplanır və parlaq kompakt bölgələr əmələ gətirir. Bu bölgələr yüksək maqnit sahəsi yaradaraq ətraf planetlərə təsir göstərmək gücünə malikdir.
Tədqiqatçılar Çində yerləşən 500 metrlik nəhəng “Aperture Spherical” radio teleskopu ilə əldə etdikləri rentgen şüalarını təhlil edərkən qara dəliklərin bir-biri ilə birləşərək əmələ gətirdikləri mikrokvarz adlanan cisimləri təyin ediblər. Çinin Uhan Universitetinin professoru Uei Uang qeyd edir ki, belə siqnalları əldə etmək olduqca nadir hadisədir və mikrokvarzların təhlilinə xidmət edir.