24 Oktyabr 2023 23:13
2 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdə olub.

Teleqraf.com xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını, o cümlədən, Kamran Əliyevi qəbul edib.

Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

Görüşdən sonra Baş prokuror Kamran Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəsm əsəri təqdim olunub.

Qeyd edək ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər