9 Yanvar 08:31
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin əvvəlində Kaliforniyada dünyada ilk dəfə olaraq tamamilə robotlaşdırılmış restoran açılacaq. Bütün istehsal prosesləri süni intellekt tərəfindən idarə olunacaq.

Teleqraf.com xəbər verir ki, belə bir restoran açmaq ideyası eyni zamanda Amerikanın “Cali Group”, “Miso Robotics” və “PopID” şirkətlərinə məxsusdur. “Cali Group” müasir texnologiyaların restoran və pərakəndə biznes sahəsinə tətbiqi üzrə ixtisaslaşıb.

“PopID” şirkəti biometrikdən istifadə edərək təmassız ödəniş üçün həllər təklif edir.

Restoran “CaliExpress by Flippy” adlandırılacaq və ABŞ-nin Kaliforniya ştatındakı Pasadena şəhərinin mərkəzində yerləşəcək. Restoran Amerikanın ənənəvi fastfudun hazırlanmasında ixtisaslaşacaq – menyuya hələ ki, üç növ burger, kartof fri və salat daxil olunub. Onların hazırlanması üçün “Flippy” istehsalı olan bir neçə tamamilə robotlaşdırılmış qril stansiyası quraşdırılacaq.

Robot şef komandası xüsusi yazılmış proqram təminatı tərəfindən idarə olunacaq. Özünəxidmət köşkləri vasitəsilə sifariş vermək mümkün olacaq. Bunun üçün əvvəlcədən PopID hesabını yaratmaq lazım gələcək. Sifariş verildiyi zaman köşk müştərilərin əvvəlki səfərlər tarixçəsinə əsasən tövsiyələr verəcək. Daha sonra müştəri yeməyin hazırlanması prosesini müşahidə edə biləcək. Bunun üçün mətbəxin divarları şəffaf şüşədən hazırlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər