23 Aprel 17:34
5 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin mərhum prezidenti Turqut Özala məxsus məxfi dosyenin tapıldığı iddia edilir.

Teleqraf.com xəbər verir ki, türkiyəli jurnalist Masum Gök ikinci əl kitab mağazasını gəzərkən belə bir sənəd tapdığını deyib.

Jurnalist dosyeyə “məxfi” möhürünün vurulduğunu bildirib.

Sənədin 1993-cü ildə o vaxtkı prezident Turqut Özala təqdim edildiyi iddia edilib.

Gökün sözlərinə görə, sənəddə PKK terror təşkilatının yaradılması və təşkilatın hərəkətləri, hansı mübarizə metodunun tətbiq edilməsi lazım olduğu açıqlanır:

“İlin əvvəlində Balmumcuda (İstanbul) ev satışa çıxarılmışdı. Evi satan Ahmet Özal idi, yəni bu sənədin təqdim edildiyi prezident Turqut Özalın oğlu...

Ahmet Özalın məsələ ilə bağlı açıqlaması belə oldu: “Yaxınlarda evi satmışıq - sənədin çıxdığı Turqut Özalın İstanbuldakı evini. Evdə belə sənədlərin olduğunu bilmirdim. Çox maraqlıdır”.

Ev bu yaxınlarda satılıb. Evdə çoxlu kağız və kitablar vardı. Bunları satmaq üçün kağız alıcısı ilə müqavilə bağlandı, Ahmet bəyə zəng edən kağız alıcısı o idi. Turqut Özalın bir müddət ofis kimi istifadə etdiyi evdə tapılan sənədlər və kitabların demək olar hamısı ona məxsus olub, hamısı da alıcıya kağız-kuğuz kimi verilib. Alıcının əldə etdiyi sənədlərdən biri də Türkiyə Cümhuriyyətinin ən maraqlı dövrlərindən birinə qismən də olsa işıq salan bu sənəddir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər