23 Aprel 22:00
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

"WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər.

Şirkət, həmçinin, paylaşılan faylların uçdan uca şifrələnəcəyini açıqlayıb.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

Qeyd edək ki, “WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.


Müəllif: Teleqraf.com